Avadanlıq - Cavab kartlarının DİM sistemindəki kimi xüsusi avadanlıqla oxunaraq elektronlaşdırılması; Avadanlıq Türkiyədən sifariş olunur. Avadanlığın qiyməti saatda kağız oxuma sürətinə görə dəyişir.
Proqram təminatı - Şirkətimizin hazırladığı xüsusi proqram təminatı ilə elektron cavab kartlarının nəticələrinin yoxlanılması və ballarının hesablanması istəyinizdən asılı olaraq tam DİM sistemi və ya təhsil müəsisəsinin özünün formalaşdırdığı qiymətləndirmə sistemi ilə aparıla bilər. Proqram təminatı mütəxəssislərimiz tərəfindən sizə özəl yazılacağından hər cür dəyişiklik, əlavə və xüsusiləşdirmə imkanlarına malikdir.
Online platforma - Online platforma həm sizin təhsil müəssisənin saytı kimi həmdə elektron xidmət kimi - tələbələrinizə online platforma üzərindən istənilən vaxt imtahanda yığdığı ballarını yoxlamağa imkan verəcək. Portal vasitəsi ilə şagirdlər düzgün test nəticləri ilə öz nəticələrini müqayisə edə bilər, həmçinin əldə etdiyi uğur faizi ilə tanış ola bilərlər. Portala təhsil müəssisəsinin istəyi əsasında istənilən formada funksionallıqlar əlavə edilə bilər.
Sınaq imtahanlarının avtomatikləşdirilməsi üçün kompleks həllin qiyməti – 4500 AZN.
Qiymətə daxildir: Avadanlıq + Proqram təminati + Online Platforma + Domen + Elektron resursun 2 illik Hosting xidməti
Bu təklifdən başqa peşəkar proqramçılarımız sizin istənilən işinizin, o cümlədən şagirdlərin dərs cədvəli sistemi, davamiyyət sistemi və sair kimi gündəlik praktikada hər cür istifadə olunan fəaliyyəti elektronlaşdıra və sizin işlərinizin bir qismini təmamilə avtomatlaşdıraraq onları telefon, planşet və ya kompüterlərdən idarə etməyiniz üçün sistemlər yarada bilər.
Həmçinin müəssisənizə aid veb-resursların hazırlanması, yenidən qurulması və ya hazır resurslarınızda təhlükəsizlik auditinin keçirilməsini də şirkətimizin peşəkar mütəxəssislərinə etibar edə bilərsiniz.